Borcu olan şəxslər ölkədən çıxa bilməyəcəklər - RƏY
Yusif Nəzərli
06:27 18.05.2025
Gündəm
663
Son dəyişikliklərə görə, bu qadağa hüquqi şəxslərin rəhbərlərinə də şamil ediləcək
Azərbaycan Respublikasının Milli Məclisi dünən keçirilən plenar iclasında “İcra haqqında” qanuna təklif edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Bu dəyişikliklərə əsasən, borcluların ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılacaq. Yeni qaydalar, borcluların icra sənədlərini könüllü şəkildə müəyyən olunmuş müddətdə icra etməməsi halında tətbiq ediləcək. Bu halda, icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırıla bilər.
Bildirilib ki, bu tədbir, borcluların öhdəliklərini yerinə yetirməyə təşviq edilməsi məqsədini güdür. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması borcun ödənilməsində motivasiyanı artırmaqla yanaşı, icra proseslərinin səmərəliliyini yüksəldir. Əsas üstünlük ondadır ki, məhdudiyyət yalnız məhkəmə qərarı ilə və qanunvericiliyə uyğun şəkildə tətbiq olunur, yəni vətəndaşların hüquqları qorunur.
Görəsən, bu yanaşma borcun qaytarılmasına təkan verəcək effektiv bir iqtisadi alət sayıla bilərmi?
Bu barədə “Şərq”ə danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, mövcud qanunvericilikdə üzrsüz səbəblərdən borcunu ödəməyən şəxslərin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair maddə mövcuddur:
“Son dəyişikliklərlə bu qadağa hüquqi şəxslərin rəhbərlərinə də şamil ediləcək. Lakin bu, əsaslı prinsipial yenilik kimi qiymətləndirilməməlidir. Əslində, praktika göstərir ki, bu qanuna çox vaxt ciddi riayət edilmir. Konstitusiya Məhkəməsinin 2012-ci il tarixli izahında qeyd olunub ki, “üzrsüz” dedikdə şəxsə borcunu ödəmək üçün imkanın olması nəzərdə tutulur. Yəni borclu şəxsin maddi imkanlarına malik olmasına rəğmən borcunu ödəməməsi icra məmuru tərəfindən sübuta yetirilməli və məhkəmə bu əsasla həmin şəxsin ölkəni tərk etməsinə məhdudiyyət tətbiq etməlidir. Ancaq praktikada belə hallar çox nadir müşahidə olunur və hər borclu şəxsə bu məhdudiyyət tətbiq edilmir. Qeyd etmək lazımdır ki, Azərbaycanda borcunu ödəməyən şəxslərin böyük əksəriyyəti əsasən sosial-iqtisadi vəziyyəti zəif olan, yəni kasıb təbəqəyə aid olan və xaricə getmək imkanına malik olmayan şəxslərdir. Xaricə getmək imkanı olan vətəndaşların isə ümumiyyətlə borc problemi olmur, onlar bank ödəmələrini vaxtında həyata keçirirlər. Üstəlik, ölkəmizin quru sərhədlərinin illərdir bağlı olması və təyyarə biletlərinin yüksək qiymətləri də borcunu ödəyə bilməyən şəxslərin xaricə çıxış imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır”.
Hüquqşünas qeyd edib ki, ölkədən getmə qadağası borc problemi yaşayan şəxslərin yalnız çox az hissəsinə real təsir göstərir. Ümumilikdə isə mexanizmin tətbiqində ciddi praktiki çətinliklər mövcuddur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm