Britaniya Azərbaycana yeni səfir təyin edib

Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib.

APA Britaniya hökumətinə istinadən xəbər verir ki, bu vəzifəyə Dunkan Norman təyin olunub.

O, 2026-cı ilin may ayında bu vəzifədə Fergus Auldu əvəz edəcək.

“Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyuram! Britaniya-Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm”, - yeni səfir Dunkan Norman bildirib.

Qeyd edək ki, Dunkan Norman Böyük Britaniyanın peşəkar diplomatik xidmətində uzun illər fəaliyyət göstərmiş diplomatdır. O, Azərbaycana səfir təyin olunmazdan əvvəl Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisində müxtəlif vəzifələrdə çalışıb. Fəaliyyəti dövründə Şərqi Avropa və Cənubi Qafqaz regionu üzrə siyasi məsələlər, regional təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və ikitərəfli münasibətlərin inkişafı istiqamətində iş aparıb. O, həmçinin Böyük Britaniyanın xarici siyasət prioritetləri üzrə strateji planlaşdırma və əlaqələndirmə proseslərində iştirak edib. Topladığı peşəkar təcrübə onun Azərbaycanla siyasi və iqtisadi əməkdaşlığın gücləndirilməsi, eləcə də regional sabitlik və enerji təhlükəsizliyi sahələrində effektiv fəaliyyət göstərməsinə imkan yaradır.