"Bundan sonra hamı bizə hörmətlə yanaşacaq"
Turan
08:19 21.10.2020
Gündəm
657
Rəis Rəsulzadə: "30 il ərzində Azərbaycana sıradan münasibət bəsləyənlər var idi"
"Cənab Prezidentimiz, Ali Baş Komandan çox bacarıqlı şəkildə hərbi əməliyyatlara, bütün proseslərə rəhbərlik edir"
Bu gün xalqımızın qəlbi Qarabağda döyünür. Hamı böyük həyəcanla cəbhədən gələn zəfər xəbərlərini gözləyir. Şanlı, qüdrətli ordumuz Ermənistan silahlı qüvvələrinin torpaqlarımızda törətdiyi təxribatlara layiqli cavablar verir, işğal altında olan rayon, qəsəbə və kəndlərimizi azad edir. Üçrəngli bayrağımız ata-baba yurdlarımızda, əhəmiyyətli strateji yüksəkliklərdə dalğalanır, xalqımıza əsl bayram sevinci yaşadır. Hər gün, hər an yeni zəfər xəbəri gözləyən ziyalılarımızdan biri də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, tanınmış rəssam Rəis Rəsulzadədir.
Uğurlu hərbi əməliyyatlarla bağlı təəssüratlarını “Şərq”ə bölüşən Rəis Rəsulzadə bildirib ki, böyükdən-kiçiyə hər bir vətəndaşımız Azərbaycan Ordusu ilə qürur duyur. Onun sözlərinə görə, düşmən işğalından azad olunan, şanlı üçrəngli bayrağımızın sancıldığı, azan oxunduğu hər məntəqənin qurtuluşu millətə böyük sevinc, fəxarət hissi yaşadır:
“Gecəni səhərə qədər yatmırıq. Gözümüz, qulağımız səsdədir ki, görək işğal altında olan hansı kəndimizin, şəhərimizin azad edilməsi xəbəri gələcək. Şanlı Azərbaycan Ordusunun bütün çətinliklərə, maneələrə rəğmən necə mərdi-mərdanə döyüşdüyünün, göstərdikləri qəhrəmanlıqların şahidiyiq, onların əvəzsiz zəhmətini görürük və müzəffər ordumuzla fərəh duyuruq.
Allah şəhidlərimizə rəhmət etsin, məkanları cənnət olsun, yaralılarımıza şəfa versin. Azərbaycanın qəhrəman əsgəri bilsin ki, çox şərəfli bir missiyanı həyata keçirir. Cənab Prezidentimiz, Ali Baş Komandan çox bacarıqlı şəkildə hərbi əməliyyatlara, bütün proseslərə rəhbərlik edir. Nəzərə alaq ki, beynəlxalq məkanda həm Azərbaycana, həm də Türkiyəyə qarşı təzyiqlər çoxdur.
Şükürlər olsun ki, bir çox aparıcı dövlət, beynəlxalq təşkilatlar öz mövqelərini dəyişməyə başlayıb. İndi onlar da Azərbaycan xalqının haqlı olduğunu görürlər. Beynəlxalq güclərin tərəfimizi saxlaması da böyük uğurdur”.
R.Rəsulzadə qeyd edib ki, Türkiyənin indiki məqamda yanımızda olması, qətiyyətli mövqe sərgiləməsi çox önəmli, zəruridir:
“Qardaş ölkənin yanımızda olması bizim üçün böyük arxa-dayaqdır. Məhz Türkiyənin mənəvi dəstəyi nəticəsində savaşa qətiyyətlə başlamışıq, erməni quldurlarının təxribatlarına layiqli cavab verərək torpaqlarımızı azad etmişik və bu proses davam etməkdədir. Məlumdur ki, Naxçıvan gərginlik şəraitindədir.
Həmçinin, Rusiya mediasında və Qərb mətbuatında müxtəlif yalanlar, uydurmalar tirajlanır, Azərbaycanın ünvanına böhtanlar atılır. Əslində hamı çox yaxşı bilir ki, bizim mübarizəmiz haqqdır, öz torpaqlarımız uğrunda mübarizə aparırıq. Belə məqamda Türkiyənin yanımızda durmasının əhəmiyyəti çox böyükdür. Qardaş ölkənin rəhbərliyi dəfələrlə vurğulayıb ki, “Azərbaycan yalnız deyil”. Bəli, biz yalnız deyilik. Cəbhədə, diplomatiyada, media məkanında da üstünlük bizdədir”.
Cümhuriyyət qurucusunun varisi vurğulayıb ki, Qarabağ müharibəsindən, daha doğrusu ərazilərimiz işğaldan azad edilməsindən sonra türk dünyası daha güclü olacaq, təsir imkanları genişlənəcək, nüfuzu artacaq:
“Bundan sonra hamı bizə hörmətlə yanaşacaq. 30 il ərzində Azərbaycana sıradan münasibət bəsləyənlər var idi. Elə zənn edirdilər ki, Azərbaycan zəifdir, öz torpaqlarını hərb yolu ilə azad edə bilməz.
Ancaq peşəkar zabitlərimizin, mərd əsgərlərimizin şücaəti, qəhrəmanlığı sayəsində bütün dünyaya sübut edirik ki, Azərbaycan Ordusu buna qadirdir.
Xalqımızı qələbələr münasibəti ilə təbrik edirəm və yeni-yeni zəfərlər arzulayıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya