Çavuşoğlu Bakıda dünyaya mesaj verdi
Turan
08:37 07.10.2020
Gündəm
663
Türkiyə sona qədər Azərbaycanın haqq mübarizəsində yanında olacaq
"Rəsmi Ankara istənilən halda Qərbin atəşkəs çağırışlarını birmənalı olaraq rədd edir. Bu isə öz növbəsində rəsmi Bakının maraqlarına uyğundur"
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib. Qardaş ölkənin XİN başçısı öncə Prezident İlham Əliyevin qəbulunda olub. Daha sonra Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla birlikdə brifinq təşkil edilib. M.Çavuşoğlu növbəti dəfə Bakıdan dünyaya mesaj verərək, Türkiyənin Azərbaycanın haqq davasında sonadək yanında olacağını bəyan edib. Çavuşoğlu dövlət başçısının qəbulunda olarkən bildirib ki, Türkiyənin, türk xalqının can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün Bakıya gəlib. Nazir bildirib ki, bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir:
“Əlbəttə, Türkiyə olaraq biz də nə vaxt ehtiyac olarsa, istənilən sahədə Azərbaycana hər cür dəstəyi verməyə hazırıq. Bunu prezidentimiz Ərdoğan və bizlər hər platformada izah edirik, vurğulayırıq. Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmaq bizim də borcumuzdur. Bunu Ceyhun qardaşımla, xaricdəki bütün səfirliklərimizlə - Azərbaycanın və Türkiyənin səfirlikləri ilə birlikdə həyata keçiririk. Bu gün sizdən alacağımız təlimatlarla daha böyük güclə bir yerdə çalışmağa davam edəcəyik. Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır. Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydanda və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik”.
Türkiyənin XİN rəhbəri Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları fonunda beynəlxalq aləmdən səslənən “sülh” danışıqları təklifləri barədə də danışıb. Nazir qeyd edib ki, nəticəsiz sülh heç kimə lazım deyil: “Dünya haqlının, Azərbaycanın, beynəlxalq hüququn yanında olmalıdır. Azərbaycanın işğal edilmiş torpaqları müvafiq qərarlara baxmayaraq, azad edilməyib. Bütün bunlara baxmayaraq, hər zaman hücum edən Ermənistan olub. Çətin vəziyyətə düşən Ermənistan Gəncəni, Tərtəri, Xızını atəşə tutur.
Bu, müharibə cinayətidir. Biz Azərbaycanla bir millətik. Biz Gürcüstanın, Ukraynanın, Suriyanın, İraqın ərazi bütövlüyünü dəstəkləyiriksə, Azərbaycanın da ərazi bütövlüyünü dəstəkləyirik. Bu məsələdə ikili standartlar olmamalıdır. Dünya haqlının, Azərbaycanın, beynəlxalq hüququn yanında olmalıdır. Dağlıq Qarabağ Azərbaycanındır. Hamı atəşkəs çağırışı edir. Atəşkəs olsun, amma nəticə nə olacaq? Ermənistana Azərbaycan torpaqlarından dərhal çıx deyirlərmi? Demirlər. Həmsədrlərlə dəfələrlə görüşmüşəm. İşğalçı ilə Azərbaycana eyni münasibət göstərirlər”.
Türkiyə xarici işlər nazirinin Azərbaycana işgüzar səfərini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Mövlud Çavuşoğlunun Azərbaycana rəsmi səfəri Türkiyənin ölkəmizə birbaşa dəstəyinin göstəricisidir. Onun fikrincə, bu səfər həm də iki ölkə arasında müzakirəyə ehtiyac duyulan məsələlər baxımından olduqca maraqlı olacaq:
“Çavuşoğlunun Azərbaycana səfəri çox əhəmiyyətlidir. Bu gün diplomatik müstəvidə də müharibə gedir. Türkiyə son zamanlar Ermənistanın, digər ölkələrin Azərbaycana mümkün təzyiqlərini xeyli dərəcədə neytrallaşdırıb. Hətta onu da deyim ki, NATO-nun Baş katibi Yens Stoltenberq dünən Türkiyədə rəsmi səfərdə idi. Stoltenberq öz növbəsində Cənubi Qafqazda yaşanan gərginlikdən narahatlığını ifadə etdi.
Rəsmi Ankara istənilən halda Qərbin atəşkəs çağırışlarını birmənalı olaraq rədd edir. Bu isə öz növbəsində rəsmi Bakının maraqlarına uyğundur. Ölkə başçısının da dediyi kimi, bu gün Türkiyənin Azərbaycana çox ciddi dəstəyi var.
Bu mənada istər mövcud gərginlik, istərsə də gələcək planlar üçün masada danışılası çox məsələ var. Bu baxımdan bu səfəri əhəmiyyətli hesab edirəm.
Cənab Prezidentin dediyi kimi, bu gün Azərbaycanın sülh üçün tələbləri çox sadə və açıqdır. Ermənistan işğal etdiyi torpaqları qeyri-şərtsiz tərk etməli, bundan sonra isə müəyyən qrafik vasitəsi ilə torpaqların geri qaytarılması üzrə danışıqlar başlamalıdır.
Lakin inanmıram ki, hazırkı vəziyyətdə Ermənistan belə bir şeyə razı olsun. Bununla belə bir müddət sonra resursları bitən Ermənistan istər-istəməz təslim olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm