Çavuşoğlu ciddi mətləbə toxunub:“Ərazilərin demarkasiyası... ” – Qaytarılır ?
Fidan Həmişəyeva
11:18 02.02.2021
Gündəm
1098
“Bölgənin Azərbaycana qaytarılması və demarkasiya prosesinin həyata keçirilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir”
“Prosesin qarantı Rusiya Federasiyasıdır. Bu fakt Ermənistanın daxilində ciddi şəkildə ajiotaj yaradır”
“Gec-tez bölgəni qaytarmaq məcburiyyətində olduğu üçün düşmənin müxtəlif yollara əl atması mümkündür”
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın torpaqlarını azad etmək uğrunda Ermənistan üzərində qələbəsini bir daha xatırladıb. Bu barədə türk nazirin “Twitter” səhifəsində xəbər yerləşdirilib:
“Biz Cənubi Qafqazda sülhün bərqərar olması üçün diplomatik həll yolu istəyəndə, buna razı olmayanlar indi siyasi çıxış yolu axtarırlar. Dağlıq Qarabağda 30 ildir işğal vardı, zülm vardı. Dəfələrlə diplomatik həll yolu irəli sürdük, razılıq olmadılar. Nə oldu? Azərbaycan döyüş meydanına girdi, haqqını aldı, işğalda olan torpaqlarını azad etdi. Amma indi diplomatiya deyirlər, siyasi həll istəyirlər, bəli, biz buna da varıq. Cənubi Qafqazın rifahı üçün 3+3 formatında, ikitərəfli, üçtərəfli görüşlər davam edir, bölgədə atəşkəsə nəzarət edirik”.
Çavuşoğlunun sözlərinə görə, İrəvan bu xətalarından dərs alıb, normal davranarsa, ən çox qazanc götürən elə Ermənistan və erməni xalqı olacaq.
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Sherg.az”a bildirib ki, Çavuşoğlunun açıqlaması ciddi bir faktordan xəbər verir:
“Ermənistanda ordu ilə mərkəzi hakimiyyət arasında ciddi bir qarşıdurma var. Paşinyanı fakt qarşısında qoymaq istəyirlər. Çünki Ermənistan üçtərəfli bəyanat əsasında bir öhdəliklər götürüb. Söhbət Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan, yəni 2+2 formatına qədər irəliləyən münasibətlərdən gedir. Eyni zamanda ərazi faktoru da çox önəmlidir.
Çünki Əskipara tərəfdə işğalda olan ərazilər Azərbaycanın kəndləridir. Böyük ehtimalla bölgənin Azərbaycana qaytarılması və demarkasiya prosesinin həyata keçirilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.
Prosesin qarantı Rusiya Federasiyasıdır. Bu fakt Ermənistanın daxilində ciddi şəkildə ajiotaj yaradır. Ona görə də gec-tez bölgəni qaytarmaq məcburiyyətində olduğu üçün düşmənin müxtəlif yollara əl atması mümkündür. Paşinyan hakimiyyətinin siyasi bağlılığı Avropa yönümlüdür. Xüsusilə də oradakı şəbəkələrdən maliyyələşir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat