ABŞ və İran nümayəndə heyətləri İsveçrənin Cenevrə şəhərində yeni dolayı danışıqlara başlayıb. Oman vasitəçiliyi ilə keçirilən görüşlərdə əsas məqsəd nüvə böhranı və hərbi gərginliyi azaltmaqdır.
Danışıqlarda ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner, İran tərəfdən isə xarici işlər naziri Abbas Əraqçi iştirak edir.
Tehran sanksiyaların ləğvi qarşılığında güzəştlərə hazır olduğunu bildirir, Vaşinqton isə nüvə proqramı ilə yanaşı ballistik raket məsələsinin də müzakirəsini tələb edir.
Hərbi risklərin fonunda keçirilən görüşlərin nəticəsi enerji bazarları tərəfindən də diqqətlə izlənilir. Tərəflər arasında ciddi fikir ayrılıqları qalır.