Ceyhun Bayramov Çinə səfər edəcək

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov yanvarın 28-29-da Çinə səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmisi açıqlama yayıb.

Bildirilib ki, səfər Çinin xarici işlər naziri Van İnin dəvəti əsasında baş tutacaq.