Ceyhun Bayramov Polşanın xarici işlər naziri ilə telefonla danışıb
Yusif Nəzərli
17:33 05.01.2025
Gündəm
385
5 yanvar 2025-ci il tarixində Polşa Respublikasının xarici işlər naziri Radoslav Şikorski Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
APA xəbər verir ki, Polşa xarici işlər naziri “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb. Polşa tərəfinin faciənin səbəblərinin araşdırılması istiqamətində mümkün texniki dəstəyin göstərilməsinə hazır olduğu bildirilib.
Nazir Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən həmrəyliyə görə təşəkkür edib.
Daha sonra, növbəti altı ay ərzində Polşanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi zamanı prioritet məsələlər, bu çərçivədə Azərbaycan-Aİ münasibətləri, Şərq Tərəfdaşlığının gələcək perspektivləri ətraflı müzakirə olunub.
Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.
Nazirlər telefon danışığı zamanı həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya