Çin və ABŞ narkotiklərlə mübarizə sahəsində kəşfiyyat mübadiləsi aparıb.
APA xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Hər iki ölkədən olan nümayəndələr fervalın 9-dan 12-ə qədər görüşlər keçirib.
“Çin və ABŞ-dan olan komandalar narkotiklərlə bağlı vəziyyəti dərindən müzakirə edib. Kimyəvi maddələrə nəzarət, çirkli pulların yuyulması, zərərli onlayn informasiyaların təmizlənməsi sahələrində fikir mübadiləsi aparıldı”, - Çinin “Xinhua“ agentliyi qeyd edib.
Hər iki ölkənin sağlam, praqmatik şəkildə narkotiklərlə mübarizə üzrə əməkdaşlığının gücləndirilməsinin əhəmiyyəti vurğulayıb.