Çindən gələn bağlamalardan qorxmayın! – Onlarda virus uzun müddət qalmır
Şəymən Bayramova
12:46 17.02.2020
Gündəm
725
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakıda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərlə bağlı növbəti birgə məlumat yayıb. Çinin Çançun şəhərində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı və Çinin Uhan şəhərində təhsil alan 1992 ci il təvəllüdlü Azərbaycan vətəndaşı fevralın 1-i Uhan-Ankara aviareysi ilə Ankara şəhərinə gəliblər və orada karantinə yerləşdiriliblər. Karantin müddətində Türkiyədə alınan analizlərin cavabları mənfi olub, yəni onların səhhətində heç bir problem aşkarlanmayıb.
Karantin müddəti bitdikdən sonra Bakıya qayıdan zaman bədənlərinin hərarəti normadan bir qədər yüksək olduğu üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada 1 nəfər qalır. Onun karantin müddəti fevralın 18-i bitir. Vəziyyəti normaldır, heç bir şikayəti yoxdur.
Qeyd edək ki, Çin hökümətinin yüksək səviyyəli tibbi müşaviri hazırda Çində koronavirusun yayılmasının ən yüksək həddinə çatdığını deyib. Bu isə dünyanı silkələyən virusun hər gün bir az daha sərhədlərimizə yaxınlaşma ehtimalını artır.
İnfeksionist-hepatoloq Vüsalə Yaşarın "Şərq"ə açıqlamasına görə, 31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində ilk dəfə aşkarlanan,sətəlcəmə və ölümə səbəb olan virusun yeni bir koronavirus növü olduğu bəlli oldu. Sonradan isə Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusa COVID-19 adı verib:
"Koronavirusun əlamətləri adi qrip xəstəliyinin əlamətləri ilə eynidir: hərarət, baş ağrısı, sətəlcəm və s. Tövsiyyə edirəm ki, yoluxma riskini azaltmaq üçün hər kəs əllərini sabunla təmiz yumalı, spirt tərkibli məhlullarla təmizləməlidir. Öskürərkən və ya asqırarkən ağız və burnumuzu təmiz dəsmal və ya dirsəyimizlə bağlamalıyıq. Soyuqdəymə və ya qripə bənzər simptomları olan insanlarla təmasdan mümkün qədər uzaq gəzin! Ət məhsulları və ya yumurtanı yaxşı bişməmiş yeməyin, həmçinin də canlı vəhşi heyvan və ya ferma heyvanları ilə birbaşa təmasdan çəkinin".
Hələ Azərbaycanda bu virusa yoluxma halının qeydə alınmadığını vurğulayan Vüsalə xanım cəmiyyətdə təşviş yaradan bir məsələyə də aydınlıq gətirib. Çindən gələn məktub və bağlamaların təhlükəli olmadığını deyən həkimin sözlərinə görə, virus bu nəsnələrdə uzun müddət yaşamır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur