Arentina Prezidenti Javier Milei Davos Dünya İqtisadi Forumu zamanı ABŞ Prezidenti Donald Tramp ilə görüşərkən qara Nike idman ayaqqabıları geyməsi ilə sosial mediada gündəm oldu.
Sherg.az xəbər verir ki, rəsmi tədbirdə belə qeyri-ənənəvi seçim izləyicilər arasında çoxsaylı reaksiyalar yaradıb.
Tramp forum zamanı “Sülh Şurası” (Board of Peace) təşəbbüsünü açıqlayıb. Layihə əvvəlcə Qəzzada atəşkəs ilə başlayacaq və zamanla qlobal miqyasda genişlənə bilər. şurada ABŞ, Türkiyə, Misir, Səudiyyə Ərəbistanı, Qətər, Endoneziya, Argentina, İsrail və Macarıstan iştirak edir.