DEM heyəti ikinci dəfə İmralıya getdi: Öcalanla görüşdən sonra açıqlama gözlənilir
08:47 22.01.2025
Gündəm
574
İkinci dəfə İmralı adasına gedən DEM Partiyasının heyəti terrorçuların lideri Abdullah Öcalanla görüşür.
Sherg.azxəbər verir ki, DEM Partiyası İmralı nümayəndə heyəti terror təşkilatı PKK-nın lideri Abdullah Öcalanla ikinci dəfə görüşmək üçün Ədliyyə Nazirliyinə müraciət etmişdi.
Nazirliyin təsdiqindən sonra heyət bu gün İmralı adasına gedib və terrorçuların lideri Öcalanla ikinci dəfədir görüşür.
Nümayəndə heyətinə əvvəlki iclasda da iştirak edən DEM Partiyasının İstanbul Millət vəkili Sırrı Süreyya Öndər və Van Millət vəkili Pervin Buldan daxildir.
DEM Partiyasından verilən açıqlamada İmralı heyətinin bu gün yenidən İmralı adasına gedəcəyi və “Görüş heyəti əvvəlki heyətlə eynidir” ifadəsi işlədilib.
Öcalanla görüşdən sonra heyətdən yazılı açıqlama gözlənilir.
Sonuncu dəfə 28 dekabr 2024-cü ildə İmralıya gedən nümayəndə heyəti görüşdən sonra 7 siyasi partiya ilə görüşlər keçirib.
Daha sonra nümayəndə heyəti hazırda həbsdə olan HDP-nin keçmiş həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksekdağla görüşüb.
Nümayəndə heyəti səfərlərdən sonra yazılı açıqlama verərək, danışıqların "ümidverici" olduğunu və "həll üçün ortaq iradənin" olduğunu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya