DEM Partiyanın həmsədrləri Özgür Özəllə görüşüblər

DEM Partiyanın həmsədrləri Tuncer Bakırhan və Tülay Hatimoğulları CHP sədri Özgür Özəllə görüşüblər. Sherg.az xəbər verir ki, Suriya ilə bağlı son vəziyyətin müzakirəsi məqsədilə siyasi partiyalarla görüşlərə başlayan DEM Partiyanın ilk dayanacağı CHP olub.

Təxminən bir saat davam edən görüşdən sonra Özgür Özəl müzakirələrin faydalı keçdiyini bildirib. Tuncer Bakırhan isə səmimi qəbul və konstruktiv müzakirəyə görə təşəkkür edərək, görüşdə Suriya və regiondakı proseslərin müzakirə olunduğunu qeyd edib.