Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev fevralın 15-də Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Səfər çərçivəsində deputatlarımız QDİƏT PA-nın Büdcə-Audit komissiyasının iclasında iştirak edəcəklər.
Səfər fevralın 17-də başa çatacaq.