Dilşod Səidcanov: Azərbaycanın təcrübəsini öyrənmək bizim üçün vacibdir
Yusif Nəzərli
06:45 30.09.2025
Gündəm
354
Azərbaycanın əldə etdiyi təcrübəni öyrənmək olduqca vacibdir. Praktiki baxımdan sizin əldə etdiyiniz vərdişləri öyrənmək istərdik.
Teleqraf xəbər verir ki, bunu Özbəkistan Respublikası Prezidentinin Administrasiyasının rabitə şöbəsinin sektor müdiri Dilşod Səidcanov “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda deyib.
O bildirib ki, Media Forum Platforması bu sahənin alimlərinin və aparıcı simalarının bir araya gəldiyi olduqca vacib bir tədbirdir.
“Ölkələr arasında belə tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Özbəkistanda Azərbaycana, Azərbaycanda isə Özbəkistana dair biliklərin artırılması istiqamətində işlər aparılmalıdır. İki ölkə arasında blogerlər və digər media sahələrində əməkdaşlıq imkanları genişləndirilməlidir.
İnformasiya dövrünü süni intellektsiz təsəvvür etmək mümkün deyil. Aydındır ki, ölkələr bu sahəni prioritet istiqamət kimi ön plana çəkirlər. Əlbəttə, biz blogerlərin də bu prosesdən kənarda qalması mümkün deyil. Bu, bizim üçün son dərəcə vacib məsələdir.
Özbəkistanda son vaxtlar media sahəsində ciddi dəyişikliklər baş verib. Kütləvi informasiya vasitələri (KİV) üzərində nəzarət ləğv olunub. Qanunvericilik sahəsində vacib məsələlərlə tanış olmuşuq. Əsas məsələ ondan ibarətdir ki, KİV-lərin sayının artması müsbət haldır, lakin bu artım məzmun keyfiyyəti ilə də müşayiət olunmalıdır”, - o əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm