MHP sədri Dövlət Baxçalı Edirnə həbsxanasında saxlanılan HDP-nin sabiq həmsədri Səlahattin Dəmirtaşla bağlı açıqlama verib.
Sherg.az xəbər verir ki, Baxçalı partiyasının qrup toplantısında bildirib: “Anadolu huzura, Öcalan umuda, Əhmədlər məqama və Dəmirtaş yuvasına dönənədək qərarımız qətidir.”
MHP lideri, həmçinin CHP sədri Özgür Özəlin erkən seçki çağırışını rədd edərək erkən seçkinin gündəmdə olmadığını vurğulayıb.
Baxçalı ABŞ-ın İrana mümkün hərbi müdaxiləsini də tənqid edərək bunun bölgə üçün ciddi təhlükə yaradacağını bildirib.