Dövlət bütün imkanlarını işə salıb: “Maddi təminatla bağlı planlar qurulur”
Turan
09:10 03.04.2020
Gündəm
839
Əziz Əlibəyli: “Başqa yolu yoxdur, bütün cəmiyyət buna qalib gəlmək üçün dövlətin yanında olmalıdır”
Koronavirus dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha ciddi tədbirlər görməyə məcbur edir.
Azərbaycanda da koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə bilər. Statistik göstəricilərə görə, ölkəmiz real təhkükə mərhələsinə qədəm qoyub. Yoluxma və ölümlərin sayı artır, bundan sonra da çoxalacağı ehtimal olunur. Artıq hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir. ÜST və Operativ Qərargahın tövsiyələrinə uymayan məsuliyyətsiz davranış sərgiləyəm insanlar özlərinin və ətrafındakı şəxslərin həyatını riskə atır.
Mövcud təhlükə barədə "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Əziz Əlibəyli deyib ki, hazırda dünyanın taleyi hər bir fərdimizdən asılıdır.
Ekspert vurğulayıb ki, o baxımdan dövlət təkcə inzibati yolla addımlar atmır, həm də KİV-lər vasitəsilə maarifləndirir:
"Hökumət və media insanları diqqətli olmağa çağırır. Amma bu mümkündürmü?
Böyük ölçüdə mümkündür, lakin müəyyən məqamlar var. Məsuliyyətsizliyi sayəsində insanların həyatını təhlükəyə atan fərdlər var. Onları ya qaydalara nəzarət etməyə məcbur qoymaq lazımdır, ya da hüquqlarını qaydalara uyğun məhdudlaşdırmalıyıq. Baxın, ABŞ-ın, İtaliyanın, Ermənistanın vəziyyətinə. Hadisələr nəzarətdən çıxıb, bütün ölkələr virusun cəngində can verir. Bizdə isə geridönüş etmək üçün dövlət bütün imkanlarını işə salıb. Sosial proqramlar daxil, maddi təminata qədər planlar qurulur. Başqa yolu yoxdur, bütün cəmiyyət buna qalib gəlmək üçün dövlətin yanında olmalıdır. O baxımdan bunun üçün ən böyük xidmət “Evdə qal”dır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət