Dövlət televiziyası Pezeşkiyanın çıxışını yarımçıq dayandırdı

İranda gərginlik yaşanıb. Dövlət televiziyası Prezident Məsud Pezeşkiyanın qatıldığı açılış mərasiminin canlı yayımını qəfil dayandırıb.

Sherg.az xəbər verir ki, məlumata görə, Pezeşkiyan açılış tədbiri zamanı İran dövlət televiziyasının müxbirinin “Canlı yayındayıq, vaxtı düzgün idarə etsəniz məmnun olarıq” ifadəsinə etiraz edib. Prezident buna cavab olaraq “Yayımlamayın, önəmli deyil, biz öz işimizi görərik” deyib.

Bu reaksiyadan dərhal sonra İran dövlət televiziyası Prezident Məsud Pezeşkiyanın açılış proqramının yayımını kəsib. Hadisə İran mediasında geniş müzakirələrə səbəb olub.