Dünya iki yerə bölündü: Çin, Rusiya, İran Maduroya görə ABŞ-ni qınadı

ABŞ Venesuelanın paytaxtı Karakasa hərbi zərbə endirib, Prezident Nikolas Maduro və həyat yoldaşı Cilia Flores saxlanılıb. ABŞ Prezidenti Donald Tramp Maduronun ABŞ hərbi gəmisində olduğunu və Nyu-Yorka aparılacağını açıqlayıb.

Sherg.az dünya mediasına istinadən xəbər verir ki, əməliyyat dünya miqyasında kəskin reaksiyalara səbəb olub. Çin, Rusiya, İran, Braziliya, Kuba, Meksika, Belarus və Kolumbiya ABŞ-nin hücumunu qınayıb, bunu beynəlxalq hüququn pozulması kimi dəyərləndirib. İsrail və Ukrayna isə Vaşinqtona açıq dəstək verib.

Türkiyə və Avropa İttifaqı tərəfləri təmkinə çağıraraq, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə hörmət edilməsinin vacibliyini vurğulayıb. BMT isə baş verənlərin region üçün təhlükəli nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.