Dünyada koronavirusa yoluxanların sayı 3 milyona yaxınlaşır
03:58 27.04.2020
Gündəm
571
Son sutka ərzində dünyada koronavirus infeksiyasına 74 minədək insan yoluxub, təxminən 3,7 min nəfər də bu virusun qurbanı olub.
APA xəbər verir ki, bölgələr və ölkələr üzrə COVID-19 virusuna yoluxanların qeydiyyatını aparan “Worldometer” bu barədə məlumat yayıb.
26 aprel tarixli statistikaya görə, dünyada 2 993 262 nəfər yeni növ koronavirusa yoluxub, 206 915 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 73 858 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 3751 nəfər artıb.
Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 276 808 yoluxma və 121 885 ölüm. Sutka ərzində burada yoluxanların sayı 24 311, ölənlərin sayı isə 1767 nəfər artıb.
Şimali Amerikada virusa yoluxanların ümumi sayı 1 064 603 nəfər təşkil edir, indiyədək 59 955 nəfər də ölüb. Cənubi Amerikada vəziyyət o dərəcədə də sərt deyil – 137 920 yoluxma və 6289 ölüm faktı.
Yoluxma sayı üzrə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Asiya qitəsi tutur. Son məlumata görə, burada 472 267 yoluxma, 17 243 ölüm faktı qeydə alınıb.
Bu günədək dünyada 877 411 nəfər müalicə üsulu ilə virusdan xilas olub.
Ən çox yoluxanlar ABŞ-dadır – 987 160 nəfər. Onun ardınca İspaniya (226 629), İtaliya (197 675), Fransa (162 100), Almaniya (157 770) və Böyük Britaniya (152 840) gəlir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi