Dünyada koronavirusdan ölənlərin sayı 170 mini keçdi
04:27 21.04.2020
Gündəm
527
Son sutka ərzində dünyada koronavirus infeksiyasına 74 minədək insan yoluxub, təxminən 5,4 min nəfər də bu virusun qurbanı olub.
APA xəbər verir ki, bölgələr və ölkələr üzrə COVID-19 virusuna yoluxanların qeydiyyatını aparan “Worldometer” bu barədə məlumat yayıb.
20 aprel tarixli statistikaya görə, dünyada 2 480 503 nəfər yeni növ koronavirusa yoluxub, 170 397 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 73 928 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 5366 nəfər artıb.
Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 1 113 096 yoluxma və 104 491 ölüm. Sutka ərzində burada yoluxanların sayı 23 840, ölənlərin sayı isə 2655 nəfər artıb.
Şimali Amerikada virusa yoluxanların ümumi sayı 851 396 nəfər təşkil edir, indiyədək 45 433 nəfər də ölüb. Cənubi Amerikada vəziyyət nisbətən ürəkaçandır – 86 486 yoluxma və 4079 ölüm faktı.
Yoluxma sayı üzrə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Asiya qitəsi tutur. Son məlumata görə, burada 396 469 yoluxma, 15 132 ölüm faktı qeydə alınıb.
İndiyədək dünyada 646 328 nəfər müalicə üsulu ilə virusdan xilas olub.
Ən çox yoluxanlar ABŞ-dadır – 792 759 nəfər. Onun ardınca İspaniya (200 210), İtaliya (181 228), Fransa (155 383), Almaniya (147 065) və Böyük Britaniya (124 743) gəlir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi