Düşənbə görüşü düşərli oldu! - DEPUTAT
03:05 11.10.2025
Gündəm
450
Yaxşı əlaqələr daha böyük biznes imkanları deməkdir
Vüqar Bayramov: "Soyuqluğa rəğmən Azərbaycan ilə Rusiya arasındakı iqtisadi əlaqələrdəki dinamika qorunub saxlanıb"
Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Putin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib ki, Moskva da öz növbəsində bu dinamikanı saxlamaq üçün əlindən gələni əsirgəməyəcək.
Azərbaycan Prezidenti İlham Əliyev də diqqətə çatdırıb ki, Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin artmasında yaxşı dinamika mövcuddur. Ölkə rəhbəri vurğulayıb ki, bu il təkcə iqtisadi-ticari münasibətlər deyil, həm də bütün digər istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edib: "Əmtəə dövriyyəsinin artımında yaxşı dinamika mövcuddur".
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a deyib ki, Azərbaycan və Rusiya Prezidentlərinin Düşənbə görüşündən sonra iki ölkə arasında münasibətlərin normallaşacağı gözlənilir. Deputatın sözlərinə görə, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalmaqdadır:
"Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 7 ayında xarici ticarət dövriyyəsinin 10.6 faizi Rusiyanın payına düşüb. Bu, xarici ticarətdə Rusiyanın 3-cü ən böyük tərəfdaş olması deməkdir. İxracda da Rusiya 4.7 faizlik payla ilk üçlükdədir. İdxalımızda 17,2 faiz payı olan Rusiya 18.0 faizlik Çindən sonra ikinci ən böyük tərəfdaşdır. Qeyri neft-qaz məhsulları üzrə ixracın isə 34.3 faizi Rusiyaya yönəlib. Bu, Rusiyanın qeyri-resurs iqtisadiyyatında ən böyük ticarət tərəfdaşı olması deməkdir. Rəqəmlər göstərir ki, ölkələr arasında soyuqluğa rəğmən, Azərbaycan ilə Rusiya arasındakı iqtisadi əlaqələrdəki dinamika qorunub saxlanıb. Bu isə birbaşa ticarətin məhz biznes vasitəsilə aparılması ilə bağlıdır. Bu baxımdan, Düşənbə görüşünün iki ölkə arasındakı iqtisadi əlaqələrə müsbət təsir göstərəcəyi gözlənilir. Aydındır ki, yaxşı əlaqələr daha böyük biznes imkanları deməkdir. Bütün bunlar ilə yanaşı, Azərbaycanın xarici ticarətində şaxələnmənin daha da güclənməsi prioritetliyini qoruyub saxlayır. Bu, eyni zamanda, ixrac bazarlarının diversifikasiyasını da aktuallaşdırmaqdadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya