Düşmənin kömək dilənəcəyi yollar bağlıdı – “Siyasi, iqtisadi böhran...”
Fidan Həmişəyeva
13:01 02.11.2020
Gündəm
728
İkinci Dağlıq Qarabağ müharibəsi Ermənistana yalnız canlı qüvvə və hərbi texnikanın itirilməsi ilə başa gəlmədi. Müharibə həm də işğalçı ölkənin iqtisadiyyatını çökdürüb. Bəzi mənbələr 3, bəziləri isə 3,5 milyard dollar itkisinin olduğunu iddia edir. Ermənistanın kasıb ölkə olması və beynəlxalq borcları bütün dünyaya məlumdur. Son günlər ölkədə ciddi bahalaşma müşahidə olunur. Xüsusilə gündəlik tələbat məhsullarında qiymətlər sürətlə artır. Ermənistandakı daxili vəziyyəti gərginləşdirən başqa amil isə pandemiyadır. Düşmən ölkədə koronavirusa yoluxan və ölənlərin sayında ciddi artım müşahidə olunur. Məsələ bununla da bitmiş deyil. Ermənistanı çökdürən digər fakt hərbi vəziyyətin də bərbad olmasıdır. Vətəndaşlar orduya gedib döyüşməkdən boyun qaçırırlar.
Sosial-iqtisadi və hərbi-siyasi vəziyyətin kritik olduğu bir məqamda Ermənistan cəmiyyətində nələr yaşana bilər?
Sualımızı cavablandıran Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, beynəlxalq idarəetmə üzrə tədqiqatçı Əhməd Əlili "Sherg.az"a bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin 30 il davam etməsi Ermənistan iqtisadiyyatına çox ciddi zərbə vurub.
Ekspertin sözlərinə görə, Serj Sarkisyanın dövründə Ermənistanın əlində olan əksər iqtisadi aktivlər Rusiyanın balansına keçib:
“Rusiya demək olar ki, Ermənistanın strateji layihələrinə nəzarət edirdi. Hətta bir çox hallarda Ermənistanın İran və digər xarici ölkələrlə icra etməyə çalışdığı layihələr var idi ki, onlar məhz Moskvanın təzyiqi nəticəsində baş tutmadı. Ümumiyyətlə, Ermənistan Rusiyadan iqtisadi və digər parametrlə üzrə asılı idi. Bunlar hamısı da Dağlıq Qarabağ münaqişəsinə təsir göstərirdi. Sarkisyanın hakimiyyətdə olduğu zaman insanlar iqtisadi problemlərə müəyyən qədər dözürdülər.
Çünki Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhlükəsizlik qarantiyası var. Lakin 2016-cı ilin Aprel hadisələri göstərdi ki, belə deyil. Beləliklə Sarkisyan hakimiyyətdən getməli oldu. Dərhal hakimiyyətə gələn Paşinyanın mesajları sosial mesajlar idi.
Ermənilər elə başa düşürdülər ki, Dağlıq Qarabağ artıq həll olunmuş bir məsələdir və Rusiyadan uzaqlaşıb müəyyən mənada Qərbə yaxınlaşmaq olar. Son proseslər onu göstərdi ki, bu, düzgün yanaşma deyildi.
Hazırda həmin yanlış yanaşma sayəsində Ermənistanda iqtisadi problemlər kəskinləşib. Həmçinin Ermənistanın iqtisadi-siyasi orientasiyasında da dəyişiklik oldu.
Ermənistan daha çox Qərb ölkələri ilə danışıqlara başladı və bu zaman daxildə sosial və mental dəyişikliklər baş verdi. Artıq ermənilər özlərini avropalı kimi görürdülər. Bütün bunlar Paşinyanın inqilabı ilə bağlı olan proseslər idi. Bu inqilab isə Ermənistan iqtisadiyyatını daha da zəiflətdi”.
Ə.Əlili qeyd edib ki, hazırda Cənubi Qafqaz ölkələrində pandemiyadan ən çox əziyyət çəkən ölkə Ermənistandır:
“İkinci Dağlıq Qarabağ müharibəsinə kimi onsuz da Ermənistan iqtisadiyyatı pis vəziyyətdə olub. Erməni xalqı sosial olaraq gərgin vəziyyətdə idi və özlərini Rusiyaya yaxın görürdülər. Paşinyan tədricən xalqa yeni sosial böhran yaratmaqla onları qərbə doğru çəkməyə çalışırdı. 27 sentybardan sonra isə Ermənistanda vəziyyət daha da gərginləşdi. Çünki müharibənin özü kifayət qədər maddi vəsait tələb edir. Məsələn, müharibənin bir günlük xərci on milyonlarla ölçülür. Hazırda ABŞ və Rusiyadakı məsələləri də nəzərə alsaq, görərik ki, düşmənin kömək dilənəcəyi bütün yollar bağlıdı. Düşünürəm ki, hazırda ən çox fikir verəcəyimiz məqam müharibədən sonrakı dövrdə proseslərin nə cür inkişaf edəcəyidir. Ermənistan cəmiyyəti indi sakit dursa da, onlar bir müddət sonra Paşinyanla mübarizə aparacaqlar. Beləliklə, Ermənistanda siyasi, iqtisadi böhranın şahidi olacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz