Əbu-Dabidə Ukrayna üzrə danışıqların ikinci raundu bitib

Əbu-Dabidə Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqlarda iştirak edən Rusiya nümayəndə heyəti hotelə qayıdıb.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Beləliklə, danışıqların ikinci raundu başa çatıb. Danışıqların davam edib-etməyəcəyi ilə bağlı hələlik heç bir şərh verilməyib. Görüş tam qapalı formatda, yekunda mətbuat üçün açıqlama verilmədən keçirilib.