Ədəbsiz ərəblər də böyük ehtimalla amnistiyaya düşəcək

Şəhidlər Xiyabanında ədəbsiz hərəkətlər edən əcnəbilər böyük ehtimalla amnistiyaya düşəcək. Bu barədə Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov sosial şəbəkə hesabında qeyd edib.

S.Məmmədov bildirir ki, “Şəhidlər Xiyabanında ədəbsiz hərəkətlər edən və qeyri-etik video çəkib paylaşan turistlərə medianın yazdığına görə iki il azadlıqdan məhrumetmə cəzası təyin edilib. 245-ci maddədirsə amnistiya aktının təsiri altına düşür. Hər halda onlar başa düşdü səhvlərini, amma Şəhidlər xiyabnının girişində bir neçə dildə davranış qaydalarına dair kiçik xəbərdalıq olsa yaxşı olar”.

Görünən budur ki, Amnistiya Aktı həmin turistlərə də şamil oluna bilər.

Xatırladaq ki, Şəhidlər xiyabanında ədəbsiz hərəkətlər edən və bunu sosial mediada yayan Səudiyyə Ərəbistanının 3 vətəndaşı (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) bu ilin avqustunda saxlanılıb, barələrində cinayət işi başlanıb, məhkəmə onların hər birini 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib və cəza müddəti bitdikdən sonra ölkədən çıxarılmalarına qərar verilib. Onlar Cinayət Məcəlləsinin 245-ci maddəsi (qəbir üzərində təhqiredici hərəkət) ilə ittiham olunublar.