Əfv örnəyi: “Prezident daim insanların taleyini düşünür”
Fidan Həmişəyeva
15:14 09.04.2020
Gündəm
1000
Ölkəmizdə koronavirusla mübarizə tədbirləri davam edir. Prezident İlham Əliyev xüsusi karantin rejimi ilə əlaqədar mühüm fərman və sərəncamlar imzalayır. Və bütün bunlar vətəndaşlarımıza göstərilən qayğını ən bariz sübutudur. Həmin fərmanlardan biri də pandemiya ilə bağlı yaşı 65-dən yuxarı olan məhkumların əfvi oldu.
Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Fərmanla bağlı fikirlərini “Sherg.az”la bölüşən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni bildirib ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hakimiyyətdə olduqları müddət ərzində daim humanizm siyasətini, milli, bəşəri və mütərəqqi düşüncələrini davam etdiriblər:
“Bu illər ərzində nə qədər əfv fərmanı imzalanıb. Cəza siyasətinin humanistləşməsi ilə əlaqədar olaraq ölkə başçısının fərman və sərəncamlarının hamısı siyasətimizin mərkəzində vətəndaşların dayandığını göstərir. Bütün məqamlarda vətəndaşa xidmət vacib məsələdir.
Dünyanı cənginə alan koronavirus probleminin aradan qaldırılmasına dair atılan addımlar və görələn tədbirlər sonuncu əfv fərmanında özünü göstərdi. Yaşı 65-dən yuxarı olan 176 məhkumun cənab Prezident tərəfindən əfv edilməsi bir daha onu göstərdi ki, ölkə başçısı hətta bu məqamda insanların taleyini düşünür. Bu fərmanla məhz 176 məhkumun azad edilməsi bilavasitə ölkəmizdə və dünyada Prezidentimizin məfkurəsini göstərdi. İstənilən halda prezidentimiz insanlığa xidmət etməyi düşünür. Bu, çox ciddi məsələdir.
Fikrimcə, bir çox rəhbərlər Prezidentimizdən ibrət götürməlidirlər. Çünki ölkə başçısı belə örnəyi yarada bilib. Bu, onun düşüncəsi, əqidəsi və məfkurəsindən irəli gəlir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət