Eldar Əzizov yola salınır - Yerinə o gətiriləcək

Xəbər verdiyimiz kimi, Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Sherg.az xəbər verir ki, Gününsəsi.info bununla bağlı maraqlı məlumat paylaşıb. Sayt iddia edib ki, YAP-a "faktiki rəhbərlik edən" Tahir Budaqovun icra başçısı təyinatı təsadüfi deyil. Belə ki, Tahir Budaqov bir müddət sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyinat alacaq.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur. Əzizovun 69 yaşı var və o, 2018-ci ildən bu postda çalışır.