Əraqçi Cenevrədə Uitkoffla görüşüb

İranın xarici işlər naziri Abbas Əraqçi nüvə danışıqları çərçivəsində Cenevrədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla qısa görüş keçirib.

APA xəbər verir ki, bu barədə İranın Tasnim xəbər agentliyi məlumat verib.

Görüş diplomatik etiket çərçivəsində və sırf rəsmi xarakter daşıyıb. Görüş zamanı Əraqçi və Uitkoff əl sıxmaq və salamlaşmaqla kifayətləniblər.