Əraqçi: İranın ali liderinin seçilməsi yalnız İran xalqının işidir

İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin ali liderinin seçilməsi məsələsinə heç kimin müdaxilə etməməli olduğunu bildirib.

APA xəbər verir ki, o, bu barədə NBC News telekanalına verdiyi müsahibədə danışıb və ABŞ prezidenti Donald Trampın İran rəhbərliyinin seçilməsi prosesinə Vaşinqtonun da cəlb olunmalı olduğu barədə açıqlamalarını şərh edib.

“Bu məsələ yalnız İran xalqının işidir, heç kim bu məsələyə qarışmamalıdır. Bu, yalnız İran xalqının işidir və başqa heç kimin deyil”, – deyə Əraqçi bildirib.