Ankara Esenboğa Hava Limanının 3-cü pisti və yeni idarəetmə qülləsinin açılışında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, “Artıq izləyən deyil, izlənən bir Türkiyə var.” O, xidmət siyasətindən heç vaxt güzəştə getmədiklərini vurğulayıb.
Sherg.az-ın məlumatına görə, Ərdoğan əlavə edib ki, Türkiyə dünyanın ən geniş uçuş şəbəkəsinə malik ölkələrindən biridir, aktiv hava limanı sayı 58-ə çatıb və yaxın zamanda 60-a yüksələcək. İstanbul Hava Limanı ötən il 84,5 milyon sərnişini qəbul edərək Avropada 2-ci, dünyada isə 7-ci olub.
Prezident həmçinin CHP-li bələdiyyələrə sərt tənqid edib, onların resursları düzgün istifadə etmədiyini, özləri üçün sərf etdiyini və korrupsiya halları yaratdığını bildirib. O, Türkiyənin resurslarının xalq üçün istifadə edilməyə davam edəcəyini vurğulayıb.