Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri ilə əlaqədar Prezident vəzifəsini vitse-prezident Cevdet Yılmaz icra edəcək.
Sherg.az xəbər verir ki, DHA-nın məlumatına görə, bununla bağlı sərəncam “Rəsmi Qəzet”də dərc olunub.
Sərəncama əsasən, Rəcəb Tayyib Ərdoğanın 8 noyabr tarixində Azərbaycan səfəri səbəbilə Türkiyə Konstitusiyasının 106-cı maddəsinə uyğun olaraq Prezident vəzifəsini vitse-prezident Cevdet Yılmaz icra edəcək.