Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin ABŞ-nin F-35 qırıcı təyyarə proqramından kənarlaşdırılmasını ədalətsiz adlandırıb.
Teleqraf xəbər verir ki, o, Türkiyənin proqrama qaytarılmasının NATO üçün də vacib olduğunu bildirib.
Rəcəb Tayyib Ərdoğan Rusiyadan alınmış S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı məsələyə toxunaraq deyib:
“Türkiyənin F-35 proqramına qayıtması NATO üçün vacibdir. Türkiyə bu proqrama yenidən qoşulmalıdır. Türkiyə olmadan NATO-nun təhlükəsizliyi mümkün deyil. Türkiyənin Rusiyadan hərbi texnika alması səbəbindən proqramdan kənarlaşdırılması ədalətsizdir”.