Ərdoğan Böyük Britaniyanın Baş naziri ilə İrandakı vəziyyətdən danışdı

Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefonla danışıb.

Teleqraf Türkiyə mətbuatına istinadla xəbər verir ki, müzakirə zamanı ikitərəfli münasibətlər, regiondakı münaqişələr, regional və qlobal məsələlər müzakirə olunub.

Türkiyə Prezidenti İranla bağlı prosesi izlədiyini, bunun regional və qlobal sabitliyə böyük zərər verə biləcəyini bildirib.