Ərdoğan müjdəni verdi: Dənizdə, havada, quruda güclüyük...

Bizim heç kimin torpağında gözümüz yoxdur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Tersanə Komandanlığında keçirilən Dəniz platformalarının istifadəyə verilməsi, bayraq qaldırılması mərasimində çıxışı zamanı bildirib ki, Türkiyənin heç bir ölkənin torpağında və suverenliyində iddiası yoxdur.

Sherg.az xəbər verir ki, Ərdoğan vurğulayıb ki, Türkiyə gərginlik, böhran və münaqişə istəmir, qonşu ölkələr üçün yalnız sülh və sabitlik arzulayır. O, həyata keçirilən bütün investisiyaların müharibəyə deyil, sülhün, müstəqilliyin və gələcəyin qorunmasına xidmət etdiyini deyib.

Prezident çıxışında Türkiyənin müdafiə sənayesində böyük irəliləyiş əldə etdiyini, dəniz, hava və quru sahələrində caydırıcı gücün artdığını, müdafiə ixracında isə ölkənin dünyanın ilk 11-liyinə daxil olduğunu qeyd edib.