Ərdoğan Paşinyana Azərbaycanla sülh prosesini yaxından izlədiklərini deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya şəhərində keçirilən COP31 çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Sherg.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Görüşdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi və regional məsələlər müzakirə olunub.

Ərdoğan iki ölkə arasında normallaşma prosesinin konstruktiv addımlarla davam etdiyini, simvolik olsa da, mühüm addımların atıldığını bildirib.

Türkiyə Prezidenti, həmçinin Ermənistanla Azərbaycan arasında sülh prosesini yaxından izlədiklərini və dəstəklədiklərini vurğulayıb.