Ərdoğan Pezeşkiana ABŞ ilə dərhal danışıqlara başlamağı təklif edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianı ABŞ ilə münaqişənin başa çatdırılması üçün dərhal danışıqlar masasına qayıtmağa çağırıb.

Sherg.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Ərdoğan və Pezeşkian arasında görüş noyabrın 12-də Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP31) çərçivəsində baş tutub.

Görüşdə Türkiyə-İran münasibətləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub.

Ərdoğan vaxt itirmədən danışıqlar mexanizminin yaradılmasının vacibliyini vurğulayıb. O, Türkiyənin regionun qardaş ölkələri ilə birlikdə sülh səylərini dəstəkləməyə davam edəcəyini bildirib.

Türkiyə lideri İran və ABŞ arasında münaqişənin tezliklə başa çatacağına, regionda davamlı sülhün bərqərar olacağına ümid etdiyini ifadə edib.