Türkiyə İranda baş verən hadisələri yaxından izləyir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkiyanla telefon danışığı aparıb. Sherg.az xəbər verir ki, dialoq zamanı Türkiyə- İran ikitərəfli münasibətləri və regional məsələlər müzakirə olunub.
Ərdoğan bildirib ki, Türkiyə İranda baş verən hadisələri yaxından izləyir, İranın sabitliyi və əmin-amanlığına önəm verir və ölkəyə xarici müdaxilə ssenarilərinə heç vaxt müsbət yanaşmayıb. O, problemlərin dialoq yolu ilə həllinin və bölgədə gərginliyin artmasının qarşısının alınmasının Türkiyənin maraqlarına uyğun olduğunu vurğulayıb.