Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ABŞ-ın Türkiyədəki səfiri və Prezident Donald Trampın Suriya və İraq üzrə xüsusi nümayəndəsi Tom Barrakla qapalı görüş keçirib.
Sherg.az xəbər verir ki, bu barədə A Haber məlumat yayıb. Görüşün detalları rəsmi olaraq açıqlanmayıb.
Məlumata görə, Barrak Ərdoğanla görüşdən bir gün əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidanla da danışıqlar aparıb. Həmin görüşün məzmunu da ictimaiyyətə açıqlanmayıb.
Eyni gün Fidan Ankarada Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şeybani ilə görüşüb.
Ərdoğanla Barrakın görüşü Ankaranın Vaşinqtonla Suriya məsələsi üzrə intensiv diplomatik təmaslarının davamı kimi qiymətləndirilir. Görüşdə konkret hansı məsələlərin müzakirə olunduğu hələlik məlum deyil.