Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. Dialoq zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli siyasi münasibətlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq, iki ölkə arasında ticarət dövriyyəsinin hədəflənən səviyyəyə çatdırılması üçün atılacaq addımlar, eləcə də Qəzza və Venesuela başda olmaqla regional və qlobal məsələlər müzakirə olunub.
Sherg.az xəbər verir ki, bu haqda Prezident Administrasiyasının Kommunikasiya İdarəsi açıqlama yayıb. Açıqlamada deyilir:
“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə telefon danışığı həyata keçirib.
Liderlər Türkiyə ilə ABŞ arasındakı ikitərəfli siyasi münasibətləri, müdafiə sənayesi sahəsində əməkdaşlığı, iki ölkə arasındakı ticarət həcmi üzrə müəyyən edilmiş hədəfə çatmaq üçün görüləcək tədbirləri, Qəzza və Venesuela başda olmaqla regional və qlobal məsələləri müzakirə ediblər.”