Ərdoğan: “Türkiyənin köməyinə ilk çatan ölkələrdən biri Özbəkistan oldu”

Türkiyəyə rəsmi səfərə gələn Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə mətbuat konfransında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan, Özbəkistanın 6 fevral zəlzələlərində Türkiyəyə ilk yardım göndərən ölkələrdən biri olduğunu bildirib.

Sherg.az xəbər verir ki, Ərdoğan iki ölkə arasında strateji tərəfdaşlığın gücləndiyini qeyd edərək, ticarət həcminin 5 milyard dollar hədəfinə yaxın zamanda çatacağına inandığını deyib.

Ərdoğan, Özbəkistanın Qəzzada baş verən hadisələrlə bağlı prinsipial mövqe nümayiş etdirdiyini də vurğulayıb. Mirziyoyev isə Türkiyənin regional və qlobal miqyasda yeni güc mərkəzlərindən birinə çevrildiyini bildirib.