Ərdoğan və Trampın müzakirə edəcəyi mövzular açıqlandı

F-35 və F-16 qırıcı təyyarələrinin alınması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında bu gün keçirilməsi planlaşdırılan telefon danışığında əsas mövzu olacaq.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Liderlər CAATSA qanunu çərçivəsində tətbiq edilən sanksiyaların ləğvi, Türkiyə Silahlı Qüvvələri üçün F-16 və F-35 təyyarələrinin tədarükü, “Halkbank” işi və SDQ terror təşkilatının Suriya ordusuna inteqrasiyası məsələlərini müzakirə edəcək.

Qəzza zolağındakı vəziyyət də danışıqların ayrıca mövzusu ola bilər.