Ərdoğan Xankəndiyə yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşündə iştirak etmək üçün Xankəndi şəhərinə yola düşüb.

Teleqraf xəbər verir ku, bu barədə “Anadolu” məlumat yayıb.

Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Təşkilat 10 ölkədən ibarətdir, bir müşahidəçi üzvü var.

Azərbaycan İƏT-ə 1992-ci ildə qoşulub.

İƏT 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransında müşahidəçi statusu alıb.