
Ərdoğandan kömək istədi, razılığını aldı - ANALİZ
08:27 22.06.2025
Gündəm
423
Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb
Baş nazirin məqsədi gələn il keçiriləcək seçkilərdə qələbə qazanmaq və hakimiyyətini qorumaqdır
Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri son illərdə bölgədə dəyişən geosiyasi mənzərə fonunda siyasi, diplomatik və iqtisadi baxımdan çoxşaxəli əhəmiyyətə malikdir. Səfər Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə aparılan diplomatik səylərin davamı kimi qiymətləndirilə bilər.
İki ölkə arasında diplomatik əlaqələr illərdir pozulmuş vəziyyətdədir və bu səfər simvolik olaraq "buzların əriməsi"ni ifadə edir. Paşinyanın səfəri, Ermənistanın illərdir yürüdüyü təcridedici və müdafiə yönümlü xarici siyasətdən daha açıq və çevik diplomatiyaya keçid etdiyini göstərir. Bu, həm Rusiya təsirindən qismən uzaqlaşmaq, həm də Qərb və regional oyunçularla balanslı siyasət qurmaq cəhdidir. Səfər çərçivəsində iqtisadi məsələlər, xüsusilə sərhədlərin açılması, ticarət və nəqliyyat əlaqələrinin bərpası kimi mövzular müzakirə olunub. Ermənistan üçün bu, iqtisadi izolyasiyadan çıxış və yeni ticarət imkanlarının yaranması deməkdir. Əgər tərəflər razılığa gələrsə, Ermənistan üçün Türkiyə üzərindən Avropa və Asiya bazarlarına çıxış əldə etmək, eyni zamanda turizm və xidmət sahələrində canlanma perspektivi formalaşar. Bu səfər həm də Ermənistanın Cənubi Qafqazda baş verən regional iqtisadi layihələrdə, xüsusən Zəngəzur dəhlizi, nəqliyyat magistralları, enerji xətləri kimi təşəbbüslərdə iştirak etmək istəyi ilə bağlı ola bilər. Nikol Paşinyanın Türkiyəyə səfəri siyasi baxımdan İrəvanın daha praqmatik və balanslı diplomatiyaya yönəlməsi, iqtisadi baxımdan isə Ermənistanın regiondakı blokadadan çıxmaq istəyi kimi dəyərləndirilə bilər. Nəticə etibarı ilə bu səfər Ankara-İrəvan münasibətlərində yeni bir mərhələnin başlanğıcı ola bilər. Amma real nəticələr yalnız praktik addımlarla və Azərbaycanın mövqeyinin nəzərə alınması şərti ilə mümkün olacaq.
Politoloq Oktay Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb. Ekspert bildirib ki, bu səfər Ermənistan ətrafında gedən, ümumiyyətlə, geopolitik durumla bağlıdır:

"Paşinyan iki səbəbdən, yəni daxili və xarici problemlərdən dolayı Türkiyəyə səfər etməli olub. Ermənistanda 2026-cı ildə parlament seçkiləri keçiriləcək. Düzdür, baş nazirin reytinqi əvvəlki dönəmə nisbətən xeyli aşağı düşüb. Amma bunun paralelində onun rəqiblərinin, radikal müxalifətin reytinqi artmayıb. Ermənistanda siyasi proseslərə bir az laqeydlik var. Baş nazirin məqsədi istənilən halda gələn il keçiriləcək seçkilərdə qələbə qazanmaq və hakimiyyətini qorumaqdır. Hazırda Ermənistdan revanşist qüvvələr, xüsusən Rusiyaya bağlı dairələr, "Qarabağ klanı" və Kilsə Paşinyanla ciddi mübarizə aparırlar. Hətta baş nazirə qarşı impiçment hərəkatına da start veriblər. Bunun reallaşacağı şübhə altındadır. Düşünmürəm ki, Ermənistan parlamentində 28 deputatdan başqa kimlərsə Paşinyanın əleyhinə çıxacaq. 54 deputat imzasının toplanması qəliz məsələdir".
Analitik vurğulayıb ki, qeyd etdikləri daxili səbəblərdir, xarici səbəb isə Rusiya ilə bağlıdır:
"Rusiyanın son dövrlərdə Ermənistana artan diqqəti ortadadır. Rusiya XİN başçısı və digər rəsmilərin mesajlarına baxsaq, İrəvana təzyiqlərin artmasının şahidi olarıq. Rusiya Ukrayna cəbhəsində təşəbbüsü ələ aldıqca Cənubi Qafqaza diqqətini artırır. Paşinyanın əsas problemi kollektiv Qərbdən, ABŞ və Avropa İttifaqından gözlənilən, yaxud umulan dəstəyi ala bilməməsidir. Hər iki qlobal güc mərkəzi daha ciddi problemlərlə məşğul olurlar. Rusiya-Ukrayna savaşı ilə bağlı Avropa İttifaqının üzərinə böyük yük düşür. İsrail-İran savaşı isə ABŞ-nin diqqətini həmin istiqamətə yönəldib. Bunları Paşinyanın vəziyyətini çətinləşdirən amillər saymaq olar. Üstəlik, Ermənistanın ən yaxın müttəfiqi sayılan İranın özünün savaş vəziyyətində olması Paşinyanı daha rasional addım atmağa vadar edib. Bu da Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdır. Ermənistanla Türkiyə arasında sərhədlərin qismən açılması, müəyyən logistik əməkdaşlıq mümkündür. Türkiyə ilə Ermənistan arasında müzakirə olunan əsas məsələlərdən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. İrəvan bununla bağlı üzərinə düşən öhdəliyə qeyd-şərtsiz əməl etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron: Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyi dəyişib
03:43 22.06.2026
Dünya
Qaz qoxusunu gül qoxusuna çevirən dərman yaradıldı
02:58 22.06.2026
Maraqlı
Əl sıxmadan danışıqlar: ABŞ–İran dialoqunda soyuq atmosfer
02:34 22.06.2026
Gündəm
Kuba inqilabının veteranı Ramiro Valdes Menendes vəfat edib
02:22 22.06.2026
Dünya
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
01:26 22.06.2026
Dünya
Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb
00:40 22.06.2026
Dünya
Günəşdə güclü partlayış oldu
23:33 21.06.2026
Maraqlı
Yamal Мessini geridə qoydu
22:33 21.06.2026
Futbol
İrandan Trampa cavab: Ordumuz hazır vəziyyətdədir!
21:57 21.06.2026
Region
DÇ-2026-nın iştirakçısı “Qarabağ”da
21:36 21.06.2026
Futbol
Sumqayıtda kişi meyiti aşkarlandı
20:32 21.06.2026
Hadisə
Tramp Starmerin istefa verəcəyini bəyan etdi
19:41 21.06.2026
Dünya
İran millisi FIFA-dan şikayətləndi
19:07 21.06.2026
Futbol
İsrail danışıqları pozmaq üçün fürsət gözləyir - Fidan
18:50 21.06.2026
Gündəm
Bunu İsraildən alıb, Suriyaya verəcəyəm – Trampdan şok
18:10 21.06.2026
Dünya
Tramp İrana Hizbullahla bağlı xəbərdarlıq edib
17:54 21.06.2026
Gündəm