Ərdoğandan Özgür Özələ sərt mesaj: “Meyxana jarqonu ilə siyasətçilikdən vaz keç”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın TBMM Qrup toplantısında CHP sədri Özgür Özəli sərt tənqid edib. O, siyasətin təhqir, hədə və kobud ifadələrlə deyil, məsuliyyətli üslubla aparılmalı olduğunu bildirib və “meyxana jarqonu ilə siyasətçilikdən vaz keçsin” deyə çağırış edib.

Sherg.az xəbər verir ki, Ərdoğan, Mihalqazi bələdiyyə başqanı Zeynəb Günəşə yönəlmiş təhqirləri də qınayaraq qadınlara qarşı aşağılayıcı münasibətin qəbuledilməz olduğunu vurğulayıb.

Çıxışında Suriya məsələsinə də toxunan Prezident Türkiyənin bölgədə sülh və sabitlik üçün diplomatik səylərini davam etdirdiyini bildirib.

Zəlzələlərlə bağlı isə 455 mindən çox mənzil və obyektin tikilərək təhvil verildiyini deyən Ərdoğan, dövlətin konutların böyük hissəsini subsidiya etdiyini, ödənişlərin isə 2 ildən sonra başlayacağını açıqlayıb.