Ərdoğanın müavini: Azərbaycanla münasibətlərimizi daha da gücləndirməyi arzu edirik

Bu il Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin 34-cü ildönümü qeyd olunur.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlu bildirib.

Kürşad Zorlu Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinin rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəlməsindən məmnunluğunu bildirib və bu münasibətlərin hər sahədə daha da güclənərək əbədi olmasını arzulayıb.

“Kökü keçmişdə, budaqları isə gələcəyə uzanan böyük çınarımız bütün Türk dünyasını əhatə etsin”,- o qeyd edib.