Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın varisi oğlu Bilal, kürəkəni Səlcuq Bayraqdar, xarici işlər naziri Hakan Fidan və ya keçmiş daxili işlər naziri Süleyman Soylu ola bilər.
Axar.az xəbər verir ki, bu barədə Britaniyanın “Ekonomist” jurnalı məlumat yayıb.
Nəşrə müsahibə verən ekspertlər qeyd ediblər ki, Fidanın Türkiyə liderinin varisi olmaq üçün şansı yüksəkdir:
“Türkiyə Xarici İşlər Nazirliyinə gəlməzdən əvvəl Fidan 10 ildən çox ölkənin kəşfiyyat xidmətinə rəhbərlik edib. 44 yaşlı Bilalın şansı isə az dəyərləndirilir”.
Qeyd edək ki, Ərdoğanın 71 yaşı var. Türkiyə qanunlarına görə, o, 2028-ci ildə keçiriləcək növbəti prezident seçkisində namizədliyini irəli sürə bilməyəcək. Türkiyə lideri dəfələrlə bildirib ki, bu onun prezident kimi sonuncu müddətidir.