- Yavaş siyasi gərginliyi azaltmaq və dialoq kanallarının açıq qalmasına çalışdığını qeyd edib
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra partiya dəyişəcəyi barədə iddialara cavab verib.
Sherg.az xəbər verir ki, Yavaş görüşün əsas gündəminin Ankara olduğunu bildirib. O, Ərdoğanla görüşməzdən əvvəl CHP sədri Özgür Özəl və Kamal Kılıçdaroğlunun bundan məlumatlı olduğunu deyib.
Yavaş bildirib ki, görüşdə Ankaranın iri investisiya layihələri, metro layihələri, kredit və təsdiq prosesləri, həmçinin yeni sərgi mərkəzinin yaradılması müzakirə olunub.
Partiya dəyişəcəyi ilə bağlı iddialara toxunan Yavaş belə bir addım atmayacağını vurğulayıb. O, siyasi gərginliyi artırmaq deyil, azaltmaq və dialoq kanallarının açıq qalmasına çalışdığını qeyd edib.