Ərəb kanalında Türkiyə-İsrail orduları müqayisə edildi

BƏƏ mərkəzli “Sky News Arabia” kanalının canlı yayımında Türkiyə və İsrailin hərbi imkanları müqayisə edilib.

Sherg.az-ın məlumatına gərə yayımda bildirilib ki, iki ölkə arasında mümkün qarşıdurma əsasən hava və dəniz qüvvələri üzərindən inkişaf edə bilər. Türkiyənin canlı qüvvə, donanma, tanklar və pilotsuz uçuş aparatları sahəsində imkanları xüsusi vurğulanıb.

Verilişdə Türkiyənin F-16 donanması, “Bayraktar” TB2, TB3 və KIZILELMA PUA-ları, həmçinin 16 freqat, 9 korvet, 12 sualtı qayıq və “TCG Anadolu” gəmisi qeyd olunub.

Həmçinin Türkiyənin HİSAR və SİPER hava hücumundan müdafiə sistemləri, KAAN milli döyüş təyyarəsi və “Polad Günbəz” layihəsinə diqqət çəkilib.