Erməni nazir: Sülh müqaviləsinin imzalanmasına heç bir maneə yoxdur

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına heç bir maneə yoxdur.

APA Ermənistan mediasın istinadən xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

O, vurğulayıb ki, faktiki olaraq, regionda sülh artıq bərqərar olub.

“Bu gün Ermənistan, Azərbaycan və bütün regionda sülh mövcuddur. İndi yalnız bu sülhü rəsmiləşdirmək qalır, müvafiq sənəd imzalanmalı və digər mühüm məsələlərin həllinə keçilməlidir", - nazir bilidirib.