Erməni sərhədçi azərbaycanlının pasportunu görməyəcək - GÜNDƏM
Yusif Nəzərli
09:45 20.09.2025
Gündəm
462
Maneəsiz, gömrüksüz və təhlükəsiz gediş-gəliş Azərbaycan üçün prioritetdir
Ermənistanın Baş naziri Nikol Paşinyan "Tramp marşrutu"ndan keçid zamanı sərhəd yoxlamasından danışıb. Parlamentdə ondan soruşublar ki, azərbaycanlılar sərhəddən keçəndə necə yoxlanacaqlar? Müxalif millət vəkili Aqnesa Xamoyam maraqlanıb ki, Ermənistan gömrükçüsü azərbaycanlıların yükünü yoxlayacaqmı? Nikol Paşinyan cavab verib ki, "Tramp marşrutu"nda elə texnologiya tətbiq ediləcək ki, Ermənistan sərhədçisi azərbaycanlı sərnişinlərin pasportunu görməyəcək. Onun sözlərinə görə, Ermənistanın yurisdiksiyası istənilən vətəndaşlıq və ya millətdən olan insanlara eyni dərəcədə şamil edilən dövlət prinsipidir:
"Bu gün bir çox ölkədə - Britaniyada, Birləşmiş Ştatlarda, Birləşmiş Ərəb Əmirliklərində - bu ölkələrin sərhədçiləri onların ölkələrinə daxil olan şəxslərin pasportlarını yoxlamırlar. O ölkələrə daxil olan şəxslərin pasportlarını mexanizm, cihaz, qurğu yoxlayır". Baş nazir bu üsulun Azərbaycan-Ermənistan sərhədində də tətbiq ediləcəyini bildirib: "Biz bu qaydanı Ermənistan-Gürcüstan sərhədində, Ermənistan-Türkiyə sərhədində, Ermənistan-İran sərhədində, hava limanımızda bizim vətəndaşlar üçün, xarici vətəndaşlar üçün də tətbiq etməliyik".
Qeyd edək ki, Amerika Birləşmiş Ştatları və Ermənistan razılaşıb ki, Naxçıvanla Azərbaycanın qalan hissəsi ilə nəqliyyat əlaqəsi yaradacaq və Ermənistan üzərindən keçəcək yol Amerika şirkətinə icarəyə veriləcək. Layihənin həyata keçirilməsi üçün ABŞ Ermənistana 145 milyon dollar yardım vəd edib.
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu Sherg.az-a açıqlamasında bildirib ki, dəhlizdəki yoxlamaların konkret necə olacağı ilə bağlı texniki detallar hələlik məlum deyil. Alim vurğulayıb ki, Azərbaycanın ən böyük narahatlığı ermənilərin indiyədək həyata keçirdiyi işğalçılıq, terrorçuluqla bağlıdır:
"İllər boyu ermənilərin qeyri-qanuni hərəkətləri ilə qarşı-qarşıya qalmışıq. Hələ münaqişədən öncə yaranmış qarışıqlıq zamanı bölgədən keçən maşınlarımızı daşa tuturdular. İnsanların yolunu kəsib silahla öldürür, amansızlıqla qətlə yetirirdilər, yaralayırdılar. Bir növ gediş-gəlişin qarşısını almaq, qorxu yaratmaq məqsədilə müxtəlif quldurluqlara əl atırdılar. O səbəbdən Azərbaycan tərəfinin birmənalı tələbi Ermənistandan keçəcək yolun daha təhlükəsiz, güvənli, etibarlı olmasıdır. Zəngəzur dəhlizindən azərbaycanlıların, yəni sərnişinlərin və yüklərin tam təhlükəsiz keçidini tələb edirik. Bu, Azərbaycanın beynəlxalq hüquqdan doğan haqqıdır".
T.Nüsrətolğu bildirib ki, Ermənistanda İrəvan hökumətinin bunu hansı metodlarla tətbiq edəcəyini müzakirə etməsi təbiidir:
"Qeyd olunan metodlardan biri müasir dünyada yüksək texnoloji nailiyyətlərdən istifadə edərək üz-üzə təmasdan yayınmaqdır. Şübhəsiz, Paşinyan hökuməti tərəfindən təklif edilən modellər mütləq mənada Azərbaycanı qane etməlidir, bizim də razılığımız olmalıdır. Əgər təklif qaneedici olmasa, heç bir halda ona getməyəcəyik. Maneəsiz, gömrüksüz və təhlükəsiz gediş-gəliş Azərbaycan üçün prioritetdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya